Azərbaycandakı əsas narkotik tədarükçülərindən üçü saxlanıldı - VİDEO


DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları son bir neçə gün ərzində paytaxt və bölgələrdə narkotiklərin satışı ilə əlaqədar əməliyyatlar keçirib.


AFN.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, silsilə tədbirlər zamanı 12 nəfər saxlanılıb.

Onlardan ümumilikdə 46 kiloqram heroin, marixuana, metamfetamin, eləcə də digər növdən olan narkotik maddələr və 80 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib.

Saxlanılan şəxslərdən 1997-ci il təvəllüdlü Həsənov Əlövsət Əlif oğlu, 1984-cü il təvəllüdlü Babayev Əhməd Sabir oğlu və 1985-ci il təvəllüdlü Hacıyev Elşad İbrahim oğlu ölkəyə qanunsuz yollarla göndərilən narkotiklərin Azərbaycandakı əsas tədarükçülərindən olublar.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılanların hər biri barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu