Bakıda və rayonlarda əməliyyat keçirildi - 4 nəfər saxlandı


DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları eyni anda paytaxt və bölgələrdə narkotiklərin satışı ilə məşqul olan şəxslərə qarşı əməliyyatlar keçirib.


AFN.azDİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polisə paytaxt istiqamətində hərəkətdə olan “VAZ 2108” markalı avtomobildə külli miqdarda narkotik maddəllərin daşındığı barədə əməliyyat məlumatı daxil olub. Məlumat Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yoxlanılıb və avtomobilin hərəkət trayektoriyası müəyyən edilib. Qaradağ rayonu ərazisində həmin nəqliyyat vasitəsi xüsusi əməliyyat nəticəsində saxlanılıb. Sürücü Rüfət Xaliqov və sərnişin Elvin Zeynalovdan 10 kiloqram heroin, marixuana, elektron tərəzilər, 420 ədəd ekstazi və metadon həbləri aşkar edilib. Dəstənin digər üzvlərinin saxlanılması istiqamətində Sumqayıt şəhəri və Yevlax rayonunda eyni anda keçirilən əməliyyatlar zamanı isə Tural Hüseynov və Saday Səttarovun da tutulması təmin edilir. Bu şəxslərdən isə ümumilikdə 23 kiloqram müxtəlif xassəli narkotik və həblər aşkar olunub. Polisin bu əməliyyatları nəticəsində 4 narkotik vasitələrin satışını həyata keçirən şəxs məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, son bir ayda Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölglərdə keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı və qanunsuz dövriyyəsini həyata keçirən 42 şəxs tutulub. Onlardan ümumilikdə 49 kiloqram heroin, metamfetamin, tiryək, kristal narkotik vasitə sayılan kokain, həmçinin 1000 ədəd psixotrop tərkibli ekstazi və metadon həbləri aşkar edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu