Xalq artistinin dəfn olacağı yer məlum oldu
"Azərbaycan Respublikasının xalq artisti Qəndab Quliyeva ilə vida mərasimi sabah saat 10:00-dan 12:00-a qədər Təzə Pir məscidində keçiriləcək".
"Qaynarinfo" xəbər verir ki, bu barədə məlumatı teleaparıcı Hacı Nuran Hüseynov paylaşıb.
Hacı Nuran həmçinin qeyd edib ki, xalq artisti Binə qəbristanlığında torpağa tapşırılacaq: "Yas mərasimlə bağlı bütün təşkilati məsələləri və xərcləri Heydər Əliyev fondu öz üzərinə götürüb".