Əmək haqqı fondunun sürətli artımı: maaşların "ağarması", yoxsa?..


Dövlət Sosial Müdafiə Fondunun və İşszilik Sığortası Fondunun göstəriciləri iqtisadiyyatda yaranan əmək haqqı gəlirlərinin mülkiyyət strukturu ilə bağlı çox maraqlı məlumatları ortaya çıxarmağa imkan verir - hansı ki, bu məlumatları hansısa açıq mənbədən tapmaq mümkünsüzdür.


AFN xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev deyib. Onun sözlərinə görə, məsələn, Sosial Müdafiə Fondunun məlumatları əsasında aparılan hesablamalardan aydın olur ki, 2022-ci ildə fondun muzdlu işdən daxilolmaları təxminən 17 mlrd. manat əmək haqqı fondu hesabına təmin ediləcək: "Büdcə məlumatlarından isə görünür ki, iqtisadiyyat üzrə əmək haqqı fondunun 6,5 mlrd. manatı və ya 38%-i dövlət büdcəsi hesabına formalaşacaq.
Amma dövlətin yaratdığı publik hüquqi şəxslər, eləcə də səhmlərində (paylarında) dövlətin ən azı 51% paya sahib olduğu şirkətlər hesabına dövlət sektorunda daha böyük əmək haqqı fondu yaranır. Başqa bir rəsmi mənbənin məlumatları əsasında aparılan hesablamamız üzə çıxardı ki, büdcə sektorunun əmək haqqı fondundan təxminin 40% az məbləğdə maaş fondu da publik hüquqi şəxslərdə və digər dövlət şirkətlərində proqnozlaşdırılır.
Yəni, 2022-ci il üçün iqtisadiyyat üzrə gözlənilən təxminən 17 mlrd. manat əmək haqqı fondunun təxminən 10.5 mlrd. manatı və ya 62%-i dövlət sektorunda, 38%-i özəl sektorda formalaşacaq. Bu nisbət həm də Sosial Müdafiə Fondunun gəlirlərinin dövlət və özəl sektor arasında bölgüsünə də şamil edilə bilər.
Daha bir maraqlı nəticə: 2018-ci illə müqayisədə 2022-ci ildə əmək haqqı fondunda 2 dəfəyə yaxın artım gözlənilir. Həmin artımın da yenə 40%-ə yaxını (təxminən 2.6 mlrd. manat) büdcənin əmək haqqı fondu hesabınadır.
Hökumət əmək haqqı fondunun belə sürəli artımını əsasən maaşların "ağarması" isiqamətində addımlar, xüsusən 2019-cu ildən özəl və qeyr-neft sektoruna verilən maaş vergisi güzəştlərilə əlaqləndirir. Amma o da faktdır ki, 2018-ci ilin yavarından indiyədək minimum əmək haqqı 3 dəfəyə yaxın (116 manatdan 300 manata) qədər artım nümayiş etdirir. Ona görə də görünür ki, tədqiqat vasitəsilə "ağarma" və minimum maaş artımının iqtisadiyyat üzrə əmək haqqı fondunun 2 dəfəlik artımında təsiri ayrı-ayrılıqda qiymətləndirilməlidir. Amma əsas sual odur ki, bu tip elmi araşdırmanı kim apamalıdır və aparanları da hökumət zəruri məlumatlarıa təmin etməyə maraqlıdırmı?"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu