Son iki ayda əmək haqqı fondu 8,4 faiz artıb


Ölkəmizdə əməkhaqlarında və əmək müqavilələrinin sayında baş verən ardıcıl artımlar illik əmək haqqı fondunun mütəmadi artmasını şərtləndirir.


2022-ci ilin yanvar-fevral aylarında da Azərbaycanda əmək haqqı fondunda 8,4 faiz artım qeydə alınıb.

Xatırladaq ki, son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əmək haqqı 35 faiz, median əmək haqqı 74 faiz artıb. Bu dövrdə illik əmək haqqı fondunda isə 2 dəfə artım baş verib. (sosial.gov.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu