Havanın çirklənməsi psixi sağlamlığa necə təsir edir?


Şəhərlərdə havanın çirklənməsi insan sağlamlığı üçün ciddi təhlükəyə çevrilib. Araşdırmalara görə, havanın çirklənməsi və qlobal istiləşmə təkcə fiziki sağlamlığa deyil, həm də psixi sağlamlığa təsir edir, insan beyninə zərər verir.


AFN.az HaberGlobal-a istinadən məlumat verir ki, çirkli hava ilə nəfəs alan insanlar emosiyaları idarə edən beyin bölgələrində dəyişikliklər yaşayır və nəticədə onlar daha təmiz hava ilə nəfəs alanlara nisbətən daha çox narahatlıq və depressiya yaşayırlar. Havanın çirklənməsinin astma tutması kimi müxtəlif bədən xəstəliklərinə səbəb olduğu çoxdan məlumdur. Bu araşdırma onun psixi sağlamlığa mənfi təsirini də təsdiqləyib.

Havanın çirklənməsinin yaratdığı fiziki və psixi problemlərdən ən çox uşaqlar təsirlənir. Alimlərin araşdırmaları uşaqların iqlim dəyişikliyinə və havanın çirklənməsinə fövqəladə həssaslığını ortaya çıxarıb. Uşaqlarda diqqət əskikliyi və hiperaktivlik pozuqluq, autizm və hətta beyin zədələnməsi struktur dəyişiklikləri ilə əlaqəlidir. Təhsilin pozulması, travma sonrası stress pozğunluğu uşaqlarda narahatlıq və depressiyaya səbəb olsa da, bu sağlamlıq problemləri çox vaxt yetkinlik yaşına qədər davam edir, sağlamlığa və beyin funksiyasına təsir göstərir. Məktəb yaşlı uşaqların dərsdən geri qala biləcəyi üzə çıxıb. Araşdırmaya görə, iqtisadi cəhətdən daha yoxsul, havanın çox çirkli olduğu bölgələrdə təhsil alan uşaqlar oxumaq və riyaziyyat bacarıqlarında digər uşaqlardan geri qalırlar.

Təkcə havanın çirklənməsi deyil, həm də iqlim dəyişikliyi nəticəsində baş verən şiddətli quraqlıq, sel, su qıtlığı kimi hadisələr də psixi problemlər yaradır. Çox təəssüf ki, bir çox uşaqlar məhz havanın çirklənməsi və iqlim dəyişikliyi nəticəsində bu hadisələrin baş verdiyi yerlərdə yaşayır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu