Havanın çirklənməsinə görə ölənlərin sayı durmadan artır


İranda ötən il havanın çirklənməsi ilə bağlı ölənlərin sayı 20 min 800 nəfər olub.


AFN.az Tehran bürosunun məlumatına görə, bunu İran Səhiyyə Nazirliyinin Hava Sağlamlığı və İqlim Dəyişikliyi İdarəsinin rəisi Abbas Şahsevəni deyib.
A.Şahsevəni bildirib ki, havanın çirklənməsi 8 milyard dollar iqtisadi ziyana səbəb olub, onun təsirləri isə ölkənin səhiyyə sisteminə 1 milyard dollar ziyan vurub.

O havanın çirklənməsinin artmasında ən mühüm səbəblərindən biri kimi köhnəlmiş avtomobilləri göstərib və ölkədəki avtomobillərin təxminən 45%-nin köhnə olduğunu bildirib.

Abbas Şahsevəni Tehranda və digər böyük şəhərlərdə ötən il ilə müqayisədə havanın çirklənməsinin artması ilə bağlı xəbərdarlıq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu