Kılıçdaroğlunun ilk qələbəsi - Ərdoğan məğlub oldu


Türkiyədə müxalifətin mayın 14-də keçiriləcək prezident seçkilərində vahid namizədlə çıxış etməsi hakimiyyətə rəqib düşərgənin mövqeyini gücləndirib. 6 partiyanın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun reytinqi artmağa başlayıb.


Onu da qeyd edək ki, Kamal Kılıçdaroğlu “Alatılı masa”nın namizədi kimi irəli sürülsə də kürd icmasının Xalqların Demokratik Partiyası (HDP)-in də Kamal Kılıçdaroğlunu dəstəklədiyni bəyan edib. Bu baxımdan, CXP sədrini 7 partiya prezident görmək istəyir. Siyasi liderlik keyfiyytələrinə görə Türkiyə cəmiyyətində Ankara şəhərinin meri Mansur yavaş və İstanbul Böyük Şəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu qədər rəğbət qazana bilməyən K.Kılıçdaroğlu müxalifətin alternativsiz namizədi olduğundan Türkiyədə hakimiyyətin dəyişməsini istəyənlər ona səs vermək məcburiyyəti ilə üzləşib. Amma Türkiyədə “Nə Ərdoğan, nə Kılıçdaroğlu” deyən müəyyən xeyli sayda aktiv seçici elektoratı var ki, onların səsvermədən iştirakdan imtina etməsi nəticələrə ciddi təsir göstərə bilər. Lakin son rəy sorğuları müxalifətin bütün fikir ayrılıqlarını kənara qoyub birləşməsi Ərdoğanın yerinə iddialı olan siyasi qüvvələrə inamı artırıb.
“Piar Araşdırmaları” sosioloji mərkəzinin prezident seçkiləri ilə bağlı keçirdiyi sorğusunun nəticələrinə görə, “Millət İtifaqı”nın namizədi Kamal Kılıçdaroğlunu 57,1 faiz seçici dəstəkləyir. “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan isə reytinq göstəricisinə görə müxalifət liderinə məğlub olur. Belə ki, respondentlərin 42,9 faizi R.T.Ərdoğana səs verib. Bu isə o deməkdir ki, seçkilər indi keçirilərsə, Kılıçdaroğlu birinci turda yüksək faizlə qalib gələ bilər.
Qeyd edək ki, mayın 14-də Türkiyədə həm də parlament seçkiləri keçiriləcək. Eyni sorğunun nəticələrinə görə, CXP 32,3 faiz səslə birinci, hakim Ədalət və İnkişaf Partiyası (AKP) isə 30,8 faiz səslə ikinci yeri tutub. Bu nəticələri əsas götürsək, AKP-nin Türkiyə Böyük Millət Məclisində ana müxalifət mandatlarına sahib olacağını söyləmək olar. Rəy sorğusunda üçüncü yeri 11,6 faiz göstərici ilə HDP tutub. Hakimiyyətdə ikinciliyə iddialı olan İYİ Partiyanı isə respondentlərin 8,3 faizi dəstəkləyib. Qeyd edək ki, müxalifət seçkilərdə qalib gələcəyi təqdirdə, ölkədə parlament üsul-idarəsini bərpa etmək üçün konstitusiya islahatı keçirəcəyini bəyan edir. “Altılı masa”nında əldə olunmuş razılaşmaya görə, parlamentar sistemdə başnazir postunu İYİ Partiyanın sədri Meral Akşener tutacaq. Ancaq reytinq sorğularında İYİ Partiyanın axırıncı yerlərdə qərarlaşması koalison hökumətin davamlı və dayanıqlı olacağını bəri başdan şübhə altına alır.
Sorğu zamanı respondentlərin 7,1 faizi Milliyyətçi Hərəkat Partiyasına, 3,7 faizi sabiq baş nazir Əhməd Davudoğlunun sədrlik etdiyi Gələcək Partiyasına, 2,1 faiz baş nazirin keçmiş müavini Əli Babacanın Demokratiya və Dirçəliş Partiyasına, 1,8 faizi Müstəqil Türkiyə Partiyasına səs vermək istədiyini bildirib. 2,3 faiz sorğu iştirakçıları digər siyasi təşkilatların adlarını çəkib.
Türkiyədə parlamentdə deputat yeri qazanmaq üçün siyasi partiyalar 7 faizlik seçki barajını keçməlidir. Bu isə aşağı reytinqli partiyaların parlamentə düşmək imkanını əngəlləyir. Bu mənada, “Altılı masa”da təmsil olunan Əhməd Davudoğlu, Əli Bababcan, Səadət Partiyasının sədri Tamer Karamollaoğlu və Demokrat Partiyanın lideri Gültəkin Uysalın ayrılıqda deputat seçilmək şansı yoxdur. Lakin müxalifətin seçkilərdə vahid proporsional seçkilərdə iştirak etmək qərarı vəziyyəti dəyişə bilər. Artıq 30 vilayət üzrə ortaq siyahılar müəyyənləşib və bu prosesin digər bölgələrdə də davam edəcəyi gözlənilir. Yəni adıçəkilən liderlər vahid proporsional siyahılar hesabına mandat qazana bilər.

FAMİL



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu