İmamoğlu və ya Yavaş namizəd olarsa, Ərdoğan üçün çətin olacaq - ŞƏRH


İYİ Partiya sədri Meral Akşener Türkiyədə prezident seçkisi üçün “qazanacaq namizədi irəli sürək” yanaşmasında haqlıdır. Çünki əgər İstanbul bələdiyyə başçısı Əkrəm İmamoğlu və ya Ankara bələdiyə başçısı Mənsur Yavaş Rəcəb Təyyub Ərdoğanla mübarizədə CHP lideri Kamal Kılıçdaroğludan daha çox səs toplamaq imkanına malikdirlərsə “altılı masa”nın onlardan birinə üstünlük verməsi normaldır.


AFN.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu deyib. Oktyabr ayında Ankarada səfərdə olduğunu və müxtəlif çevrələrin nümayəndələri ilə görüşdüyünü deyən şərhçinin sözlərinə görə, çoxunun ümumi fikri Meral Akşenerin yanaşmasyıla üst-üstə düşür: "Yəni güclü namizədin irəli sürülməsinə ehtiyac var. Əlbəttə, ana müxalifət partiyasının lideri olaraq Kamal Kılıçdaroğlunu da anlamaq olar, iki prezident seçkisində iştirak etmədi, bu dəfə də iştirak etməsə partiyadaşları arasında reytinqi aşağı düşəcək. Ancaq onda gərək Kamal Kılıçdaroğlu “Altılı masada” iştirak etməzdi. Əgər CHP lideri “müxalifətin vahid namizədi olsun” prinsipini qəbul edibsə, şəxsi siyasi maraqlarını arxa plana atmaq məcburiyyətindədir. Müşahidələrimə görə, Ərdoğan-Kılıçdaroğlu yarışmasında birincinin qələbə şansı yüksəkdir, İmamoğlu və ya Yavaş olarsa Ərdoğan üçün çətin olacaq, prezident seçkisinin ikinci tura keçməsi ehtimalı yaranacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu