Meral Akşener “Altılı masa”ya geri dönməsi üçün bu şərti irəli sürdü
![](/uploads/posts/2023-03/1678102913_aksener.jpg)
Türkiyədəki müxalif İYİ Partiya sədri Meral Akşener “Altılı masa”ya geri dönməsi üçün yeni şərt irəli sürüb.
O, bu təklifi CHP-dən olan İstanbul Böyükşəhər Bələdiyyəsi sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyəsi sədri Mansur Yavaşın İYİ Partiyanın ofisini ziyarəti çərçivəsində edib.
Akşener, iki CHP-li bələdiyyə sədrini vitse-prezident görmək istəyir.
İYİ Partiya sözçüsü Kürşad Zorlunun sözlərinə görə, bu halda Meral Akşener müxalif koalisiyaya geri dönə bilər.