Kılıçdaroğludan mühüm namizəd açıqlaması: "Dilimizdə tük bitdi..."


Türkiyədə prezident seçkilərinə hazırlıq prosesi bütün qüvvəsilə davam edir.


AFN.az ölkə mediasına istinadən xəbər verir ki, CHP sədri Kamal Kılıçdaroğlu prezidentliyə namizəd müzakirələri, Əkrəm İmamoğlu və Mənsur Yavaşla bağlı namizədlik dedi-qoduları, İYİ Partiya sədri Meral Akşenerlə görüşü haqda mühüm açıqlamalar verib. Kılıçdaroğlu il sonu dəyərləndirmə toplantısında jurnalistlərin suallarını cavablandırıb. "Meyarlara uyğun namizəd müəyyən olunacaq. Namizədin "Altılı masa"dan çıxması daha sərfəli olar" - deyə siyasətçi bildirib.
Meral Akşenerlə görüşü ilə bağlı açıqlamalar verən Kılıçdaroğlu, aralarında heç bir inciklik olmadığını bildirib. CHP lideri İmamoğlu və Yavaşın namizədliyi ilə bağlı müzakirələrə münasibət bildirərək, "Bunu söyləməkdən dilimizdə tük bitdi, hər iki bələdiyyə sədri vəzifəsinin başında çalışır. Namizəd "Altılı masa"dan müəyyənləşəcək" - deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu