Pistorius Almaniyanın Ukraynaya əsgər göndərmək planlarından danışıb


Almaniya Ukraynaya alman əsgərlərini göndərmək fikrində deyil.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Bundestaq deputatlarının suallarını cavablandırarkən deyib. Almaniya müdafiə naziri onu da vurğulayıb ki, digər Avropa İttifaqı (Aİ) ölkələri Berlinə hərbi personalını döyüş bölgəsinə göndərmək planları barədə məlumat verməyiblər.

Alman siyasətçisi Sara Vaqenknext Almaniya kansleri Olaf Şolzun Ukraynanın Rusiyaya zərbə endirmək üçün alman silahlarından istifadə etməsinə icazə verməsi ilə bağlı qərarının Almaniya üçün yaratdığı təhlükə barədə danışıb. Onun sözlərinə görə, bu, döyüşləri Almaniya ərazisinə keçirə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu