Papua Yeni Qvineya naziri məişət zorakılığına görə Avstraliyada saxlanılıb


Papua Yeni Qvineyanın neft naziri Cimmi Maladina məişət zorakılığı iddiasına görə Avstraliyada saxlanılıb.



"Sydney Morning Herald" qəzetinin məlumatına görə, Sidney polisinə yerli vaxtla saat 10:00 radələrində məişət zorakılığı barədə məlumat daxil olub.

Xəbərdarlığın ardınca Bondi ətrafında yerləşən ünvana gələn polis üzündə yaralar olduğu görülən qadının ifadəsini aldıqdan sonra Papua Yeni Qvineyanın neftdən məsul naziri Maladinanı saxlayıb.

Maladina açıqlamasında vəziyyətin ciddiliyini bildiyini və hakimiyyətlə əməkdaşlıq etdiyini qeyd edib.

Nazir Cimmi Maladina ayrı bir bəyanatda bir kişi və ya qadın tərəfindən törədilən zorakılığa dözmək olmaz deyib və Papua Yeni Qvineyanın baş naziri Ceyms Marapeni tutduğu vəzifədən istefa verəcəyini də bildirib.

Şərti azadlığa buraxılan Maladinanın məhkəməsi iyulun 9-da keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu