Baydenin Papua-Yeni Qvineyaya səfəri ABŞ-ın defolt təhlükəsi səbəbindən ləğv edilib


ABŞ prezidenti Co Baydenin Papua-Yeni Qvineyaya səfəri ABŞ-ın defolt təhlükəsi səbəbindən ləğv edilib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Bayden bunu Papua-Yeni Qvineyanın baş naziri Ceyms Marape ilə telefon danışığı zamanı bildirib. O, Sakit Okean Adaları Forumuna üzv dövlətlərin liderlərinin toplantısında iştirak etmək üçün ölkəyə gələ bilməyəcəyini deyib. Bayden vurğulayıb ki, defoltun qarşısını almaq üçün Vaşinqtona qayıtmağa məcbur olub.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Prezident Bayden Amerika liderinin təyyarəsindən telefon danışığı zamanı Vaşinqtona qayıtmaq zərurətinə görə baş nazir Marape və Sakit Okean Adaları Forumunun digər liderləri ilə görüşmək üçün Papua Yeni Qvineyaya gedə bilməyəcəyini şəxsən elan etdi. Prezident Konqresin defoltun son tarixə qədər qarşısını almaq üçün tədbirlər görməsinə əmin olmaq üçün Konqresin rəhbərliyi ilə görüşəcək" - deyə məlumatda bildirilir.

Baydenin yerinə Port Moresbiyə ABŞ dövlət katibi Entoni Blinken gedəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu