AK Meta və TikTok-u AB-nin rəqəmsal qaydalarını pozmaqda ittiham edib
Avropa Komissiyası (AK) Meta və TikTok-un AB-nin rəqəmsal qaydalarını pozduğuna dair ilkin qərar verib.
Komissiyanın açıqlamasına görə, davam edən araşdırmaların bir hissəsi olan bu qərar ilkindir və cərimələrin tətbiq olunmasına səbəb olmur. Lakin şirkətlər Komissiyanın ittihamlarını həll etmək üçün addımlar atmalıdırlar.
Komissiya hər iki şirkəti AB Rəqəmsal Xidmətlər Qanununun tələb etdiyi kimi, "şəffaflığın təmin edilməsi" bəhanəsi ilə Avropa müstəqil tədqiqatçılarının daxili məlumatlarına çıxışını məhdudlaşdırmaqda günahlandırıb. Bundan əlavə, Komissiya Meta alqoritmlərinin sosial media platformalarında istifadəçilərə AB-də qadağan olunmuş məzmunu qeyd etmək və silmək üçün kifayət qədər alətlər təqdim etməməsindən narazıdır.
Əgər internet şirkətləri Avropa Komissiyasını qane edən tədbirlər görməsələr, illik mənfəətlərinin 10%-dək cərimə ilə üzləşəcəklər.


