Avropa İttifaqı Apple, Alphabet və Meta-nı araşdırmağa başladı


Avropa İttifaqı Apple, Alphabet və Meta-nın Rəqəmsal Bazarlar Aktı altındakı qaydalara uyğun olub olmadığını müəyyən etmək üçün araşdırma başladıb.



Aİ Komissiyası, Alphabet-in Google Play-də yönləndirilməsi və Google axtarışlarında üstünlük verilməsi, Apple-ın App Store-da yönləndirilməsi və Safari-yə yönləndirilməsi, META-nın ödəniş və ya razılıq modelləri ilə bağlı Aİ qaydalarına uyğunluqla bağlı araşdırma açıldığını açıqlayıb.

Bəyanatda qeyd edilib ki, Komissiya rəqəmsal platformalar tərəfindən həyata keçirilən tədbirlərin Rəqəmsal Xidmətlər Qanunu ilə bağlı öhdəlikləri effektiv şəkildə yerinə yetirmək üçün kifayət etmədiyindən şübhələnir.

Açıqlamada Komissiyanın araşdırmanı 12 ay ərzində yekunlaşdırmağı planlaşdırdığı və pozuntu aşkar olunarsa, şirkətin dünya üzrə ümumi dövriyyəsinin 10 faizinə qədər cərimə tətbiq oluna biləcəyi, pozuntuların davam edəcəyi təqdirdə isə cərimənin 20 faizə qədər artırıla biləcəyi bildirilib.

Rəqəmsal platformaların fəaliyyətində dəyişikliklərə səbəb olan ötən il təsdiqlənən AB qanunu çərçivəsində Avropada fəaliyyət göstərən Alphabet, Amazon, Apple, ByteDance, Meta və Microsoft şirkətləri "Gatekeeper" adlandırılaraq ciddi öhdəliklərə tabe olmağa başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu