"Meta" Avropada "Instagram" və "Facebook" üçün abunə qiymətlərini azaldır


Avropa İttifaqının məlumatların mühafizəsi orqanı rəsmiləri ilə müzakirələrdən sonra "Meta" Avropada "Facebook" və "Instagram" üçün reklamsız abunə haqqını azaldacağını açıqlayıb.



"Meta"nın vəkili Timothy Lamb Avropa Komissiyasında keçirilən seminarda bildirib ki, "Meta" istifadəçilərin şəxsi məlumatlarından necə istifadə etdiyinə dair Avropa İttifaqının araşdırmasına son qoymaq üçün reklamsız abunə modelinin qiymətini azaldacaq.

"Meta"nın "Facebook" və "Instagram" üçün aylıq reklamsız abunə haqqını tək hesab üçün ayda 9,99 avrodan 5,99 avroya endirməyi təklif etdiyini bildirən Lamb, hər əlavə hesab üçün 4 avro ödəniş alınacağını bildirib.

"Meta" reklamsız abunə modeli və məlumatların istifadəsi ilə bağlı Avropa tənzimləyicilərinin araşdırması ilə üzləşərkən, Lamb "Meta" təklifinin prosesi sürətləndirmək və tənzimləyiciləri sakitləşdirmək üçün edildiyini qeyd edib.

Sözügedən ödənişə istifadəçilərin "Apple" və ya "Google" kimi proqram mağazalarından yüklədikləri halda ödəyəcəkləri əlavə ödənişlər daxil deyil.

Digər tərəfdən 2203-cü ilin noyabrında müxtəlif Avropa ölkələrindən 45 istehlak birliyinin çətir təşkilatı olan Brüsseldə yerləşən Avropa İstehlakçı Birliyi (BEUC) 19 üzvü ilə "Meta"nın haqsız ödəniş və ya razılıq modelinə qarşı rəsmi şikayət edib.

Qeyd edək ki, "Meta" AB-də daha sərt qaydalara cavab olaraq reklam gəlirlərinin itirilməsi təhlükəsini azaltmaq üçün abunəliklərə başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu