"İnstagram" və "Facebook"da mavi işarəni ödənişlə əldə etmək mümkün olacaq


"Meta" şirkətinin baş direktoru Mark Zukerberq "Facebook" və "İnstagram" sosial şəbəkə istifadəçilərinin "mavi işarə"ni aylıq ödənişlə əldə edə biləcklərini açıqlayıb.


BAKU.WS xəbər verir ki, bu funksiya hesabların həqiqiliyini və xidmətlərin təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulub.

Xidmət veb-versiya üçün ayda 11,99 dollara, Apple (iOS) istifadəçiləri üçün isə 14,99 dollara başa gələcək.

Yenilik ilk olaraq Avstraliya və Yeni Zelandiyada sınaqdan keçiriləcək. Gələcəkdə isə başqa ölkələrədə də yayılacaq.

"Meta"dan BBC-yə bildirib ki, yeni xidmət əvvəllər təsdiqlənmiş hesablara təsir etməyəcək. Bundan əlavə, abunəlik korporativ hesablara şamil edilmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu