"Apple"ə qarşı rəqabət qaydalarını pozma ittihamı


Avropa İttifaqı “Apple”ı öz proqram mağazasında, “App Store”da musiqi tətbiqlərindəki digər alış seçimləri barədə istifadəçilərin məlumatlandırılmasına mane olmaqda ittiham edib.


Avropa Komissiyası "Spotify"ın şikayəti ilə 2 il əvvəl başlayan rəqabət araşdırmasında "Apple"ə qarşı ittihamların əhatə dairəsinin daraldığını və şirkətə yeni ittihamların yer aldığı rəsmi etiraz bəyanatı göndərildiyini açıqlayıb. Açıqlamada xatırladılıb ki, Komissiyanın əvvəlki ittihamında "Apple"in öz ödəniş texnologiyasını musiqi proqramı tərtibatçılarına tətbiq etməsi və alternativ abunə xidmətləri haqqında məlumat vermək imkanını məhdudlaşdırması göstərilir.

Açıqlamada, son ittihamın "Apple"in daha aşağı qiymətlərlə abunə seçimləri ilə bağlı bildiriş və üstünlük verilməsinə mane olan musiqi proqramlarına müqavilə məhdudiyyətləri qoyması ilə bağlı olduğu və markanın sözügedən davranışının AB-nin rəqabət qaydalarını pozduğu ifadə edilib.

Aİ Komissiyası Aİ ölkələrində fəaliyyət göstərən şirkətlərlə bağlı öz sektorlarında rəqabətə zidd vəziyyətin olub-olmadığını yoxlamaq səlahiyyətinə malikdir. Komissiya sözügedən araşdırmalarda rəqabətə zidd vəziyyətin olub-olmamasını qiymətləndirir. Rəqabətə zərər verən hallar aşkar edilərsə, AB Komissiyası bu vəziyyətə son qoyur və şirkətlərə yüksək cərimələr tətbiq edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu