“Apple” İtaliyada araşdırılır
İtaliya Rəqabət Təşkilatı (AGCM) Apple-ın bazardakı üstünlüyündən sui-istifadə edib-etməməsi ilə bağlı araşdırmaya başlayıb.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, təkilatdan verilən açıqlamada, ABŞ şirkətinin tətbiq bazarındakı hakim mövqeyindən sui-istifadə edib-etməməsi ilə bağlı araşdırma başlandığı bildirilib.
Apple-ın 2021-ci ilin aprelindən etibarən proqram tərtibatçılarına “daha məhdudlaşdırıcı məxfilik siyasəti” tətbiq etdiyini xatırladaraq, bunun üçüncü tərəf olan proqram tərtibatçılarına mənfi təsir etdiyi qeyd edilib.
Bundan başqa, üçüncü tərəf olan proqram tərtibatçıları və reklamçılar da Apple tərəfindən təqdim olunan məlumatların keyfiyyəti baxımından əlverişsiz olduğunu vurğulayıblar.
Qeyd edək ki, Avropa İttifaqında (Aİ) bazar hökmranlığından sui-istifadə etməkdə təqsirli bilinən şirkətlər illik dövriyyələrinin 10 faizi qədər cərimələnə bilərlər.