AB sərt qaydalar gətirəcəyi 6 texnologiya şirkəti dəqiqləşdirdi
Avropa Birliyi bazarda güclərini məhdudlaşdıracaq və sərt qaydalar tətbiq edəcək 6 böyük texnologiya şirkəti müəyyən edib.
Avropa İttifaqı (Aİ) Komissiyası bizneslərə və istifadəçilərə qarşı ədalətsiz şərtlərin tətbiq edilməsinin qarşısının alınması və mühüm rəqəmsal xidmətlərin təmin edilməsi məqsədi daşıyan Rəqəmsal Bazarlar Aktı çərçivəsində “qapı gözətçisi” meyarlarına cavab verən şirkətlərin siyahısını müəyyən etdiyini açıqlayıb.
Komissiyanın bəyanatında "Alphabet", "Amazon", "Apple", "ByteDance", "Meta" və "Microsoft" kimi 6 şirkətin ilk dəfə olaraq qapıçı kimi təsnif edildiyi və siyahıya alınmış şirkətlər tərəfindən təklif olunan 22 əsas xidmətin 6 ay müddətində əlavə öhdəliklərə əməl etmələri qeyd edilib.
"Microsoft" və "Apple"ın bəzi əsas platforma xidmətlərində qapı kimi qəbul edilməyəcəyini vurğulayan Komissiya "Bing", "Edge", "Microsoft Advertising" və "Apple iMessage" ilə bağlı araşdırmalara başladığını bildirib.
Açıqlamada qurumun müəyyən meyarlara cavab verməsinə baxmayaraq, "Gmail", "Outlook.com" və "Samsung" internet brauzerini vacib platforma xidmətləri siyahısına salmamaq qərarına gəldiyi vurğulanıb.