AB Meta ilə bağlı araşdırma başlatdı


Avropa Birliyi Facebook və Instagram-ın sahibi Metaya qarşı platformalarında aldadıcı reklamlar və dezinformasiya ilə mübarizə kimi sahələrdə Birlik qaydalarına əməl edilmədiyi səbəbi ilə araşdırma başladıb.



Avropa İttifaqı (Aİ) Komissiyası Meta-nın Aİ Rəqəmsal Xidmətlər Qanununu (DSA) pozub-pozulmadığını müəyyən etmək üçün rəsmi araşdırmaya başlanıldığını açıqlayıb.

Açıqlamada Meta-nın qarşıdan gələn Avropa Parlamenti (AP) seçkiləri öncəsi effektiv seçki müşahidə sistemi qurmadığı vurğulanıb və şirkətin xidmətlərdə qeyri-qanuni məzmunu qeyd etmək və bildirmək mexanizmlərinin AB qaydalarına uyğun olmadığı və Meta-nın tədqiqatçılara ictimai məlumatlara çıxış təmin etmək üçün kifayət etmədiyi qeyd edilib.

Bəyanatda bildirilib ki, komissiya əlavə məlumat və sübutların toplanmasına davam edəcək və bu mərhələdən sonra Meta bu sahələrdə gördüyü tədbirlər barədə məlumat verməlidir.

Qeyd edək ki, Aİ-nin qəbul etdiyi qanuna əsasən əsas rəqəmsal platformalar ciddi qaydalara tabedir. Aİ qaydaları pozan rəqəmsal platformalara qlobal dövriyyəsinin 6 faizinə qədər cərimə tətbiq edə bilər.

Aİ rəqəmsal platformaların seçkilərdən əvvəl saxta xəbərlər və dezinformasiya ilə mübarizədə addımlar atacağını gözləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu