Avropa Birliyi Meta ilə bağlı uşaq təhlükəsizliyi araşdırmasına başlayıb


Avropa Birliyi (AB) Facebook və İnstaqramda yetkinlik yaşına çatmayanların müdafiəsi ilə bağlı Birliyin qaydalarına əməl edilməməsi səbəbiylə Metaya qarşı araşdırma başladıb.



Aİ Komissiyası Meta-nın uşaqların müdafiəsi ilə bağlı sahələrdə Aİ Rəqəmsal Xidmətlər Qanununu (DSA) pozub-pozulmadığını müəyyən etmək üçün rəsmi araşdırmaya başlanıldığını açıqlayıb.

Komissiya bəyanatda Facebook və Instagram sistemlərinin alqoritmləri də daxil olmaqla, uşaqlarda davranış asılılığını təşviq edə biləcəyini, eyni zamanda sözdə "dovşan dəliyi effekti"nə səbəb ola biləcəyini və Meta tərəfindən həyata keçirilən yaş yoxlama üsullarının da problemli olduğunu bildirib.

Açıqlamaya görə, Komissiya bu məsələ ilə bağlı əlavə məlumat və sübut toplamaqda davam edəcək.

Xatırladaq ki, keçən il qüvvəyə minən Aİ qanununa əsasən, Avropada fəaliyyət göstərən əsas rəqəmsal platformalara ciddi qaydalar tətbiq edilir. Texnologiya şirkətləri öz platformalarında qeyri-qanuni və zərərli məzmunla mübarizə aparmaq üçün müxtəlif tədbirlər həyata keçirməlidirlər.

Qeyd edək ki, Aİ qaydaları pozan rəqəmsal platformalara qlobal dövriyyəsinin 6 faizinə qədər cərimə tətbiq edə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu