Türkiyə Rusiyadan ucuz qaz alacaq- Tərəflər razılaşdı
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: `Türkiyə-Rusiya münasibətləri baxımından bu gün biz çox səmərəli işlər gördük, sazişlər imzaladıq. Əminəm ki, Rusiya ilə münasibətlərin normallaşması prosesi tam sürətlə davam edəcək`, deyə Ərdoğan bildirib.
Rusiya prezidenti Vladimir Putin isə `Türk axını` təbii qaz boru xətti layihəsi çərçivəsində Türkiyəyə "mavi yanacağın" qiymətində endirim edilməsində razılıq əldə olunduğunu söyləyib: ` `Türk axını` layihəsi və əməkdaşlığın genişləndirilməsi çərçivəsində biz həmçinin qaz qiymətlərində güzəştlər təmin etmək barədə razılığa gəldik. Türkiyə üçün qaz endirimi ilə bağlı tərəfimdən “Qazprom” şirkətinə müvafiq tapşırıqlar verilib`.