Ali Məhkəməyə “knopka” basdırmışam – Müştəri MMC-yə 61 min manat “atdı” və məhkəməlik oldu

Xəbərin çap versiyası
Tarix: 6-08-2019, 13:11    |    Xəbər oxunub: 558 dəfə
Ali Məhkəməyə “knopka” basdırmışam –


“SPULT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müştərisi arasında yaranan narazılıq məhkəmələrə qədər gedib çıxıb. Bu barədə AFN-ə cəmiyyətdən verilən məlumatda qeyd edilir.



“SPULT” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Azad Əliyevin sözlərinə görə, “Spult” MMC Məmmədov Samir Ağamməd oğlunun sahibkarlıq fəaliyyətinin inkişafı üçün ona lazım olan xammal və materialları nəğd və nisyə ödəniş qaydasında verib: “O, aldığı xammalların və materialların pulunu aldığı vaxtdan sonra (bir-iki ay müdətinə) ödəyirdi. Samir Məmmədovun 2017-ci ilədək bizə ümumilikdə 61.105,2 ABŞ dolları, 2.250 manat və 500 avro borcu qalmışdı. Borcu istəyəndə Samir Məmmədov 2017-ci ilin iyul ayınadək vatsapp vasitəsilə şirkətimizə olan borcunun ödənilməsi üçün müəyyən əmlaklarının satılmasına qədər ona möhlət verilməsini istədi”.
Lakin S.Məmmədov şirkətə olan borcunu uzun müddət ödəməkdən yayınıb. Belə olan halda 2018-ci ilin yay aylarında Samir Məmmədova qarşı Bakı şəhər Nəsimi rayon Məhkəməsində iddia qaldırılıb: “Nəsimi rayon Məhkəməsinin hakimi Pərviz Hüseynov iş materiallarına əlavə olunmuş Samir Məmmədovun imzalı qəbzlərini (sübutları) əsas götürərək iddiamızı əsaslı hesab edərək təmin etdi. Qətnamədən narazı qalan cavabdeh Samir Məmmədov Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verdi. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vahid Sadıqov məhkəmə prosesini bir iclasa tələskənliklə, araşdırmadan, hətta bizim nümayəndənin apelyasiya şikayətinə münasibətini dinləmədən müşavirə otağına keçirib, iddiamıza iddia müddətini tətbiq edərək iddianı rədd edib və qətnaməni ləğv edib. Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsində Samir Məmmədov nümayəndəmizə adamının güclü olduğunu və onların tapşırıqları əsasında məhkəmə instansiyalarında hər zaman bizə qalib gələcəyini bildirib. Biz onun sözlərinə məhəl qoymadan Azərbaycan Respublikasının hüquqi və demokratik dövlət olduğunu nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verdik. Bir neşə gün bundan öncə Samir Məmmədov təkrarən bizə Ali Məhkəməyə elə bir knopka basdırmışam ki, sizin şikayət təmin oluna bilməz deyə bildirdi”.

Şirkət rəhbərinin sözlərinə görə, onlar tərəfindən iddia müddəti ötürülməyib. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinin şərh olunmasına dair Qərarına əsasən, Samir Məmmədov borcun ödənilməsi üçün 2017-ci ilin iyul ayınadək möhlət istədiyindən iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz: “Birincisi, Bakı Apelyasiya Məhkəməsinin hakimi Vahid Sadıqov MM-nin 380-ci maddəsini görməməzlikdən gələrək Samir Məmmədovun tələbini əsaslı sayıb. İkincisi isə Ali Məhkəmənin hakimi İlqar Xələfovun da həmin maddəni və Konstitusiya Məhkəməsinin qərarını əsas götürərək bizim şikayətimizin əsaslı olduğunu, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsini ləğv edəcəyini və Samir Məmmədov tərəfindən olan təzyiqlərə məhəl qoymadan qanuni qərar qəbul edəcəyinə əminik. Cənab Prezident İlham Əliyev öz çıxışlarında bütün məhkəmələr vətəndaşların pozulmuş hüquqları ilə əlaqədar tələblərinin qanuni və obyektiv araşdırılmasını və müəyyən şəxslər tərəfindən məhkəmələrə olan təzyiqlərin qarşısının alınmasına dair tapşırıqlar verib. Güman edirik ki, Ali Məhkəmə Samir Məmmədovun havadarlarının təzyiqlərinə və “knopka”larına məhəl qoymadan qanuni və əsaslı qərar qəbul edəcək”.
Qeyd edək ki, “SPULT” Məhdud Məsuliyyətli Cəmiyyəti qida və qeyri-qida məhsullarının hazırlanması üçün xammalların satışı ilə məşğul olur.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Pilotun xanımı:

Pilotun xanımı: “Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?” - FOTOLAR

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Pediatr Mehriban Əliyevaya müraciət etdi:

Pediatr Mehriban Əliyevaya müraciət etdi: "Yersiz süni qida təyin edən həkimə cəza verilsin!"

"Aspor" idman kanalından Əbülfəz Elçibəyə böyük sayğı - VİDEO

Bakıda bazarda güclü yanğın başladı -

Bakıda bazarda güclü yanğın başladı - VİDEO

ADAU Şəmkirdə fermerlərə təlim keçib

ADAU Şəmkirdə fermerlərə təlim keçib

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı -

Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı - TƏHLİL

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş –

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş – həm də 95 yaşında...

İsrailin Azərbaycandan İraqı bombalaması xəbərinə

İsrailin Azərbaycandan İraqı bombalaması xəbərinə rəsmi münasibət-VİDEO

Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur