Betonqlar Avstraliyada vəhşi təbiətə qayıdıblar


100 ildə ilk dəfə olaraq, fırça quyruqlu betong materik Cənubi Avstraliyada yenidən çoxaldılır.


Betonq kiçik dovşan boyda kenquruya bənzəyən nadir heyvandır. Əsrlər əvvəl betonqlar qitənin 60%-dən çoxunda məskunlaşmışdılar. Lakin Avropanın məskunlaşmasından sonra pişiklərin, tülkülərin və torpaqların təmizlənməsinin qurbanı oldular. Onların sayı on milyonlardan 12-18 minə qədər azalıb.

Populyasiyanı bərpa etmək üçün alimlər tədricən 120 heyvanı təbiətə buraxıblar. Onlar iddia edirlər ki, betonq yerli ekoloji sistemlərdə mühüm rol oynayır.

Yeni monitorinq heyvanların uğurla sağ qaldığını və çoxaldığını göstərir. Zooloqlar 85 betonq müşahidə ediblər. Məlum olub ki, onların 40%-i yarımadada doğulan yeni heyvanlardır. 45 dişidən 42-sinin torbasında balalarının olduğu bilinib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu