Taylandda qanunsuz heyvan ticarətindən xilas edilən üç oranqutan İndoneziyaya geri göndərilib


Taylandda 7 yaşlı Nobita və Şizubuka, 5 yaşlı Brayan adlı oranqutanlar uzun müddət Ratçaburi şəhərindəki vəhşi təbiəti mühafizə mərkəzində yaşayıblar.


Bildirilir ki, Nobita və Şizuka 2016-cı ildə hələ bala ikən paytaxt Banqkokda həyata keçirilən əməliyyat zamanı vəhşi təbiət mühafizəçiləri tərəfindən 2019-cu ildə xilas edilib.

Rəsmilər İndoneziyadan qeyri-qanuni yolla gətirilən hər üç oranqutanın geri göndərildiyini və qeyri-qanuni heyvan alverinin qurbanı olan heyvanların qalmadığını bildiriblər.

Taylandın Milli Parklar, Vəhşi Təbiət və Bitki Mühafizəsi Departamentinin baş direktoru Athapol Çaroençansa verdiyi açıqlamada, iki ölkənin qeyri-qanuni vəhşi təbiət ticarəti ilə mübarizədə əməkdaşlıq əzmini göstərmək baxımından bu addımı əhəmiyyətli gördüyünü bildirib. O qeyd edib ki, bölgədə heyvanlar aləminin mühafizəsi ilə bağlı maarifləndirmə işləri aparılacaq.

İndoneziyanın Banqkokdakı səfiri Raçmat Budiman oranqutanların təbii yaşayış yerlərinə qayıtmasına sevindiyini, lakin illərdir heyvanlara qulluq edən və onlara bağlanan Tayland baxıcılarına görə təəssüfləndiyini bildirib.

Nəsli kəsilməkdə olan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiyaya (CITES) əsasən oranqutanların beynəlxalq ticarəti qadağandır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu