74 yaşlı Vera Vanq qızları ilə birlikdə fotosunu paylaşaraq pərəstişkarlarını təəccübləndirib


Çin əsilli amerikalı gəlinlik dizayneri Vera Vanq yeni ailə fotosunu paylaşaraq pərəstişkarlarını təəccübləndirib.


Onun İnstaqram səhifəsində yayımlanan fotoda 74 yaşlı modelyer qızları 33 yaşlı Sesiliya Bekker və 30 yaşlı Jozefina Bekkerlə dar, parlaq firuzəyi rəngli paltarlar geyinərək pozalar verib. “Mən və qızlarım! Biz birlikdə çox xoşbəxtik”, - deyə məşhur paylaşıma şərh yazıb.

Pərəstişkarları Vonqun gənc görkəmini görüb və fotonun altında təriflər yazmağa başlayıblar. “Ana-qız əvəzinə üç gözəl bacıya oxşayırsınız”, “Üç qəşəng qız”, “Nə gözəl ailədir”, “Qızlar gözəldir, anaları kimi”, “Gözəllər” - deyə pərəstişkarlar fikirlərini ifadə ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu