Çinli qadın 2,8 milyon dollarlıq sərvətini pişik və itlərə miras qoyub


Liu adlı qoca çinli qadın 2,8 milyon dollarlıq sərvətini yetkin övladlarına deyil, pişik və itlərinə buraxmağa qərar verib.


Onun bu qərarı verməsinə səbəb övladlarının ona baş çəkməməsi olub. Qadın bildirib ki, bu müddətdə ev heyvanları onun yanında olublar. Bu barədə "İndependent" xəbər verir.

Şanxaydan olan qadın xəstə olanda belə ona baş çəkmədiyi üçün uşaqlarına qəzəblənib.

Mülkün icraçısı olaraq baytarlıq klinikası təyin edilib, hüquqi problemlər heyvanların Çində birbaşa miras almasına mane olur.

Bu, Çində qanunla qadağandır. Qadına baytarlıq klinikasına nəzarət etmək və ev heyvanlarına düzgün qulluq etmək üçün etibar etdiyi birini təyin etməsi tövsiyə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu