Mark Zukerberqin 300 milyon dollarlıq yaxtası görüntüləndi


Jurnalistlər “Meta” korporasiyasının rəhbəri Mark Zukerberqin yaxtasının dəbdəbəli bəzədilməsi ilə bağlı təfərrüatları açıqlayıblar.


Söhbət Zukerberqin qarşıdan gələn 40 illik yubileyinə hədiyyə olaraq 300 milyon dollara aldığı 117 metrlik “Launchpad” superyaxtasından gedir. "Espen Øino International və Feadship" tərəfindən inşa edilən gəmi Florida ştatının Fort Lauderdale şəhərindəki Port Everqleyddə görüntülənib.

Jurnalistlərin nümayiş etdirdiyi fotoşəkillər göstərir ki, yaxtanın polad gövdəsi alüminium üst quruluşla bəzədilib. Tünd mavi tonlarda hazırlanmış gəminin interyeri Fransanın "Zuretti Interior Design" studiyası tərəfindən dizayn edilib. Yaxtada çoxlu istirahət zonaları, həmçinin helikopter meydançası var.

Ümumilikdə, yaxta 24 qonağı və 48 ekipaj üzvünü rahatlıqla qəbul edə bilir. Qeyd edilir ki, onun saxlanması və istifadəsi ildə 30 milyon dollara başa gəlir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu