Əfqanıstanın hərbi təyyarəsi Özbəkistanda qəzaya uğradı


Əfqanıstanın Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə Özbəkistanda qəzaya uğrayıb.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qəza Özbəkistanın Surxandərya vilayətində baş verib.

İlkin məlumatlara görə, təyyarənin göyərtəsində olan hərbçilər paraşütlə təyyarədən tullana bilib. Həmçinin qeyd olunur ki, insident nəticəsində iki əfqan hərbçi xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Bununla yanaşı, “Qazeta.uz” nəşrinin yaydığı məlumata görə, Özbəkistanın Müdafiə Nazirliyi Əfqanıstana məxsus hərbi təyyarənin qəzaya uğraması barədə məlumatları araşdırır.

Özbəkistanın Müdafiə Nazirliyi Əfqanıstana məxsus hərbi təyyarənin Surxandərə vilayətində qəzaya uğraması faktını təsdiq edib. Nazirlik həmçinin qeyd edib ki, hazırda hadisənin detalları araşdırılır və bu barədə ətraflı məlumat daha sonra veriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu