İsveç müdafiə naziri: Ukraynaya səkkiz "Archer" özüyeriyən artilleriya qurğusu gətirilib


İsveçin səkkiz “Archer” özüyeriyən artilleriya qurğusu (SPQ) Ukraynaya gətirilib.


Bu barədə müdafiə naziri İsveç müdafiə naziri Pol Conson "Sveriges" radiostansiyasına müsahibəsində bildirib.

“Bu, əlbəttə ki, ukraynalılar üçün vacibdir, çünki “Archer” sistemi yaxşı hərəkətliliyə və dəqiqliyə malikdir”, - deyə nazir bildirib.

Avqustun ortalarında İsveç hökuməti Ukraynaya 3,4 milyard kron (314 milyon dollar) məbləğində növbəti hərbi yardım paketinin ayrıldığını elan edib. Söhbət Kiyevə verilən hərbi texnika üçün döyüş sursatı, o cümlədən CV 90 piyada döyüş maşını, Strv 122 tankları və “Archer” özüyeriyən silahları üçün ehtiyat hissələrdən gedirdi. 2022-ci ilin fevral ayından İsveç Ukraynaya dəstək üçün 22 milyard kron (2,16 milyard dollar), o cümlədən 17 milyard kron (1,67 milyard dollar) hərbi yardım ayırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu