ABŞ-da 3,2 milyondan çox insan iqlim dəyişikliyi səbəbindən evlərini tərk edib


ABŞ-da aparılan bir araşdırma nəticəsində məlum olub ki, 3,2 milyondan çox amerikalı iqlim dəyişikliyi səbəbindən yaşadıqları yeri tərk edərək digər bölgələrə köçüblər.



Nature Communications jurnalında dərc edilən araşdırmada "İqlimdən imtina əraziləri" adlanan sahələrə diqqət çəkilib.

Tədqiqatda qeyd olunub ki, 2000-2020-ci illər arasında ABŞ-da 3,2 milyondan çox insan iqlim dəyişikliyi və daşqın riski səbəbindən evlərini tərk edib.

2020-ci il siyahıyaalınması məlumatları və ölkə daxilində daşqın riski olan ərazilər müqayisə edilərək aparılan araşdırmada, 20 ildə 3,2 milyondan çox xalis əhali itkisinin birbaşa daşqınlarla əlaqəli olduğu müəyyən edilmişdir.

Araşdırmanın müəlliflərindən biri olan Dr. Ceremi Porter daşqın riskinin bu ərazilərdə əhaliyə təsirinə diqqət çəkib və bu vəziyyətin həmin ərazilərdə əmlak dəyərlərini, məskunlaşma tərkibini və kommersiya dayanıqlığını çox dəyişdiyini vurğulayıb.

Araşdırmada ABŞ-da 113 milyon insanın iqlim dəyişikliyi səbəbindən daşqın riski ilə üzləşdiyinə diqqət çəkilib və yaxın 30 ildə daha 2,5 milyon insanın məcburi köçkün olacağı təxmin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu