Almaniyada 1946-cı ildən bəri protestant kilsəsində 9 min insanın cinsi istismara məruz qaldığı təxmin edilib


Almaniyada aparılan bir araşdırma, 1946-cı ildən bəri Protestant Kilsəsində 9355 uşaq və gəncin cinsi istismara məruz qaldığını ortaya qoydu.



Protestant kilsəsinin tələbi ilə yaradılan müstəqil araşdırma qrupunun 3 illik araşdırması nəticəsində hazırlanan hesabat Hannover şəhərində ictimaiyyətlə paylaşılıb.

Zorakılığa məruz qaldığı bildirilən 3 min 497 istismarçının üçdə birinin kilsə icmasının keşişləri olduğu bildirilərkən, aralarında azyaşlı uşaqların da olduğu 9 min 355 adamın cinsi istismara məruz qaldığı təxmin edildiyi açıqlanıb.

Tədqiqatçı və müəllif Martin Wazlawik bu rəqəmlərin aysberqin görünən hissəsi ola biləcəyinə diqqət çəkib.

Analoji qalmaqal daha əvvəl Almaniyadakı Katolik Kilsəsində də üzə çıxıb və kilsə qurbanlara maddi təzminat ödəniləcəyini bəyan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu