Rusiyada prezident seçkiləri başlayıb


Rusiyada üç günlük prezident seçkiləri başlayıb. Hazırkı prezident Vladimir Putinin qalib gələcəyi gözlənilən seçkidə 112 milyondan çox seçici səsverməyə gedir.



Rusiyada sabah və bazar günü davam edəcək 3 günlük seçki prosesi başlayıb.

Seçkidə qeydə alınmış 112 milyon 309 min seçici səs verəcək.

Rusiyanın 2014-cü ildə Ukraynadan ilhaq etdiyi Krımdan başqa, Donetsk, Luqansk, Xerson və Zaporojyada da səsvermə keçiriləcək.

Seçkilərdə hazırkı prezident Vladimir Putinlə yanaşı daha üç namizəd mübarizə aparacaq. Səslərin yarıdan çoxunu toplayan namizəd prezident olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu