Taylandda hərbi gəmidən təsadüfən atılan top mərmisi başqa bir gəmiyə dəyib


Taylandın Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisindən təsadüfən atılan top gülləsinin digər döyüş gəmisinə dəyməsi nəticəsində 2-si ağır olmaqla 13 əsgər yaralanıb.



Yerli vaxtla saat 11.50 radələrində Taylandın Çonburi əyalətindəki "Sattahip" hərbi dəniz bazasında Tailand Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisindən təsadüfən atılan top gülləsi digər döyüş gəmisinə dəyib.

Səbəbi hələ müəyyən edilməmiş “HTMS Chonburi” gəmisindən atılan top gülləsinin eyni limanda yerləşən “HTMS Khirirat” gəmisinə dəyməsi nəticəsində yanğın baş verib. Yanğında 2-si ağır olmaqla 13 əsgər yaralanıb.

Hadisə yerinə çoxlu yanğınsöndürən və təcili yardım maşınları göndərilib. Tailand Hərbi Dəniz Qüvvələri hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

Top gülləsinin atıldığı "HTMS Chonburi" gəmisinin dünən gecə keçirilən hərbi təlimdən bazaya qayıtdığı və sursatlarının boşaldılmadığı bildirilib.

Qəzanın baş verdiyi dəniz bazasının ətrafı təhlükəsizliklə mühasirəyə alınıb, qəza ilə bağlı araşdırma başlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu