Haitidəki silahlı dəstələr limanda yardım konteynerlərini qarət etdilər


Haitidə silahlı dəstələr beynəlxalq təşkilatların göndərdiyi humanitar yardım konteynerlərini qarət ediblər.



Yerli mətbuatın məlumatına görə, dəstələr paytaxt Port-o-Prensin əsas limanına basqın edərək, yardım materialları ilə dolu konteynerləri qarət ediblər.

Dəstə üzvləri Birləşmiş Millətlər Təşkilatının Uşaq Fonduna (UNICEF) aid konteynerləri ələ keçirib, daha sonra içindəkiləri qarət ediblər.

UNICEF-in Haiti nümayəndəsi Bruno Maes mövzu ilə bağlı verdiyi açıqlamada yardıma ehtiyacı olan uşaqlar üçün konteynerlərdə humanitar ləvazimatların olduğunu bildirərək, səhiyyə sisteminin çökdüyü bir vaxtda uşaqlar üçün həyati ləvazimatların oğurlandığını açıqlayıb.

Talanların dərhal dayandırılması lazım olduğunu vurğulayan Maes, "Uşaqlar üçün fəlakətli bir vəziyyətdir. Bağlanan hər bir sağlamlıq mərkəzi mövcud şərtləri daha da çətinləşdirir. Əgər zorakılıq dayandırılmasa və lazımi logistika kanalları açılmasa, humanitar fəlakətin şahidi olacağıq” deyə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu