ABŞ Sərhəd Patrulu: altı ayda sərhəddə təxminən 1 milyon miqrant saxlanılıb


ABŞ-ın cənub sərhədindəki vəziyyət milli təhlükəsizliyə təhdid yaradır. 2024-cü maliyyə ilinin əvvəlindən (ABŞ-da oktyabrda başlayır) sərhəddə miqrantların saxlanılması hallarının sayı artıq 1 milyona yaxınlaşır.


Bu barədə ABŞ Sərhəd Patrul Xidmətinin rəhbəri Ceyson Ovens "CBS News"a müsahibəsində deyib.

“Bu, milli təhlükəsizliyə təhdiddir. Sərhəd təhlükəsizliyi milli təhlükəsizliyin mühüm tərkib hissəsidir. Ölkəmizə kimin gəldiyini bilmiriksə, onların niyyətlərini də bilmirik. Bu, təhlükədir və onlar bizim zəifliyimizdən istifadə edirlər”.

Yalnız son altı ayda Sərhəd Patrulunun ABŞ-Meksika sərhədində 1 milyona yaxın miqrant həbsi qeydə alındığını və bu rəqəmin sentyabr ayına qədər ikiqat arta biləcəyini söylədi. “Bu, çox böyük rəqəmdir, amma məni gecələr oyaq saxlayan qaçmağı bacaran 140 min nəfərdir. Və bunlar sadəcə bildiyimiz hallardır” - deyə Ovens əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu