Britaniya 100 illik hərbi qadağanı ləğv edir


Britaniya ordusunun üzvlərinə 100 illik qadağanı aradan qaldıraraq saqqal saxlamağa icazə veriləcək.


Bu barədə Britaniya mediası yazıb.

Nəşrin məlumatına görə, cümə axşamı quru qoşunlarının həm zabitlərinə, həm də əsgərlərinə saqqal saxlamağa icazə verən fərmanı Britaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Kral III Çarlz imzalayıb.

Pasxa bayramında əsgərlərə vəzifədən kənarda saqqallarını uzatmaq üçün məzuniyyət verilməsi üçün fərman cümə günü qüvvəyə minəcək.

Qadağanın aradan qaldırılması orduya yeni çağırışçıların qəbulu ilə bağlı böhranın müzakirəsi ilə bağlıdır. Müdafiə naziri Qrant Şapps, xüsusilə müzakirə zamanı saqqal saxlamağa qadağanın “gülünc” olduğunu bildirib. Hərbi Hava Qüvvələri və Kral Hərbi Dəniz Qüvvələrində xidmət edən hərbçilərə saqqal saxlamağa icazə verilib.

Sərəncamda qeyd olunur ki, saqqal “səliqəli” olmalı, hərbi qulluqçuların səliqəli görünüşü prinsiplərinə və standartlarına uyğun olmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu