Ukrayna: Rusiyanın Çerniqova raket hücumu nəticəsində 10 nəfər ölüb


Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Çerniqov şəhərinə həyata keçirdiyi raket hücumu nəticəsində 10 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını bildirib.


Zelenski sosial media hesabında verdiyi açıqlamada Rusiyanın Çerniqov şəhərinə raket hücumu həyata keçirdiyini bildirib.

Hücumun baş verdiyi ərazidə axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edən Zelenski, insanların dağıntılar altında qaldığını bildirib. Hücum nəticəsində 20 nəfər yaralanıb, 10 nəfər isə ölüb.

Ölənlərin sayının arta biləcəyinə işarə edən Zelenski bu qiymətləndirməni edib:

"Ukraynanın kifayət qədər hava hücumundan müdafiə sistemləri var. Əgər dünyanın Rusiya terrorizminə qarşı mübarizə əzmi yetərli olsaydı, bu baş verməzdi. Qətiyyət və dəstək vacibdir. Ukraynanın qətiyyəti kifayət qədərdir, lakin bizim tərəfdaşlarımızdan kifayət qədər əzm və dəstək lazımdır."

Çerniqov Bələdiyyə Başçısı Oleksandr Lomako da mətbuata verdiyi açıqlamada Rusiyanın səhər saat 09:00 radələrində əhalinin sıx məskunlaşdığı Çerniqov rayonuna raket hücumu təşkil etdiyini bildirib.

Lomako hücumda 8 mərtəbəli sosial obyektin hədəf alındığını, binaya və ətrafdakı avtomobillərə ziyan dəydiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu