Türkiyə hökuməti CHP-yə 1 milyon avro ödəməlidir
Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərarın səbəbi CHP-nin 2013-cü ildə bu məhkəməyə müraciət edərək Türkiyə hökumətindən şikayət etməsidir.
Belə ki, Türkiyə Konstitusiya Məhkəməsi 2012-ci ildə partiyanın mülkiyyətinin dondurulması ilə bağlı qərar qəbul edib. Buna səbəb isə CHP-nin 2007-2009-cu illərə aid hesablarının yoxlanması olub. Konstitusiya Məhkəməsinin qərarında partiyanın həmin illərdəki bəzi xərcləri qanuna ziddi hesab olunub.
Bütün instansiya məhkəmələrindən sonra CHP 2013-cü ildə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib və məhkəmə partiya barədə çıxarılan qərarı Avropa İnsan Haqları Konvensiyasına zidd hesab edib. Qərara görə, Türkiyə CHP-yə 1 milyon 90 min 800 avro məbləğində təzminat ödəməlidir.