“Harda pislik varsa, Fəzail Ağamalı yada düşür”- deputatlar arasında söz davası

Xəbərin çap versiyası
Tarix: 15-11-2017, 12:02    |    Xəbər oxunub: 702 dəfə
“Harda pislik varsa, Fəzail Ağamalı yada düşür”-


Millət vəkili Fəzail İbrahimli həmkarı Fəzail Ağamalının onun barəsindəki ittihamlara münasibət bildirib. F.Ağamalı deyib ki, oğlu Yalçının yol qəzası törətməsi haqda yalan məlumatı həmkarı İbrahimli ötürüb və bunu namərdlik adlandırıb.

F.İbrahimli “Qafqazinfo”ya açıqlamasında həmkarına sərt cavab verərək bildirib ki, adaşı əsəblərinə hakim deyil, qırmızı həddi aşır: “Şükür ki, Fəzail Ağamalı sağalıb, gəlsin oturaq danışaq. Ürəyimdən keçən məsələləri danışaq. Bu, onun bioqrafiyası ilə bağlıdır. Ona ziyan verə biləcək məlumatlardır, amma mən onları mətbuata açıqlamaram, özünə deyəcəm. Onun tərcümeyi-halında elə şeylər var ki, gərək gündəmə çıxarmayasan. Özünə deyəcəm ki, mən bunları deyə bilərdim, amma demədim. Yerini və həddini bil.

İki aydan sonra Fəzail Ağamalı yatıb yuxuda görüb ki, guya mətbuatı mən öyrətmişəm. Onun oğlu barəsində xəbər yayılandan bir gün qabaq mənim oğlum yıxılana kömək etmişdi. Mən də mətbuata açıqlama verib oğlumun qəza törətmədiyini dedim. Mətbuat Fəzail Ağamalının oğlunun adını hallandırmışdı, səhəri gün ondan üzr istədi. Bununla da Fəzail Ağamalı gündəmdən çıxdı, sonrakı problemləri mən yaşadım. Məsələ məlum oldu, hüquq-mühafizə orqanları da maraqlandı. Məlum oldu ki, bu qəza deyil. Əsl namərdlik mənim mətbuata məlumat ötürməyimi düşünməkdir. Mən Fəzail Ağamalıdan belə bir hərəkət gözləməzdim. O, çoxlu stress keçirib, artıq əsəbləri yerində deyil. Fəzail Ağamalı ömür böyü belə olub. Onun həyat tərzi ona-buna şər atmaq, sataşmaqdır. Oğlumu cinayətkar adlandırıb, bununla da hüquq-mühafizə orqanlarına böhtan atır. Mənim üçün deyib ki, kiminsə kölgəsinə sığınmışam. Onun isə heç kölgəsi yoxdur, tikanı var”.

F.İbrahimli deyib ki, həmkarına görə daim adının əziyyətini çəkib: “Mən siyasətə gələnə qədər o “Fəzail” adını elə şumlamışdı ki, mən o adın altında yatan minaları təmizləməklə məşğul olmuşam. Harasa müraciət edəndə ilk növbədə adımı yox, soyadımı deyirəm. Onun adını çəkmək cəmiyyətdə ikrah hissi yaradır.

Niyə mənim yox, Fəzail Ağamalının adı hallandı? Çünki harda şər, pislik, mənfilik varsa, o yada düşür. O, özü də adı haqqında mənfi fikirdədir. Bu gün müsahibə verdiyi orqanda vaxtilə onun Türkiyədə əlində dolları hara sürtdüyünü göstərən şəkli yayılmışdı. Fəzail Ağamalı yaşına-başına yaraşmayan hərəkətlər edir. Təəssüf ki, 70 yaşlı kişi gündəmdə qalmaq üçün belə açıqlamalar verir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
MTN generalı Eldar Mahmudovun şok cinayətini açıqladı

MTN generalı Eldar Mahmudovun şok cinayətini açıqladı

Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması ilə bağlı tvinninq layihəsi başa çatıb

Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması ilə bağlı tvinninq layihəsi başa çatıb

Azərbaycan Silahlı Qüvvələrində yenilik

Azərbaycan Silahlı Qüvvələrində yenilik

Qənirə Paşayeva Sudan nümayəndə heyətilə görüşdə Qarabağ problemindən geniş bəhs edib

Qənirə Paşayeva Sudan nümayəndə heyətilə görüşdə Qarabağ problemindən geniş bəhs edib

Azərbaycanda təxminən 2 milyon 600 min uşaq var

Azərbaycanda təxminən 2 milyon 600 min uşaq var

"Qoca"nın qaçdığına görə həbs olunan komandirin yerinə yeni təyinat

ATMU-da “Rus dili həftəsi” keçirilib

ATMU-da “Rus dili həftəsi” keçirilib

Qüdrət Qurbanov BDT-nın 30-cu assambleyasının sessiyasında iştirak edəcək.

Qüdrət Qurbanov BDT-nın 30-cu assambleyasının sessiyasında iştirak edəcək.

“Bakcell”in dəstəyilə futzal turniri təşkil edilib

“Bakcell”in dəstəyilə futzal turniri təşkil edilib

Əli Həsənovun nəvəsi əsgərlikdə olmayıbmış

Əli Həsənovun nəvəsi əsgərlikdə olmayıbmış

Azərbaycanda avtomobillər bahalaşacaq-

Azərbaycanda avtomobillər bahalaşacaq- idxal rüsumu 75% artırılır

Bakıya sulu qar yağacaq

Bakıya sulu qar yağacaq

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur