Turizimçilərin seçimi İlham Əliyevdir


Turizimçilərin seçimi İlham Əliyevdir


Ruslan Quliyev: "İlham Əliyev müasir Azərbaycan turizminin memarıdır"



Aprelin 11-də ölkədə keçiriləcək president seçkilərində hakim Yeni Azərbaycan Partiyası tərəfindən Cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi hər bir sahədə fəaliyyət göstərən vətənpərvər, milltətsevər insanlar tərəfindən rəğbətlə və məmnunluqla qarşılanıb. Cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsindən keçən qısa müddət ərzində ayrı-ayrı sahənin təmsilçiləri, nümayəndələri bir araya gələrək hakim partiyanın namizədinə rəsmi şəkildə dəstək nümayiş etdirir, seçkilərlə bağlı öz mövqelərini, seçimlərini aydın şəkildə ortaya qoyurlar.

Azərbaycan Turizm Assosiasiyası və Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin üzvlərinin, təsisçilərinin iştirakı ilə də belə bir toplantı keçirilib. Məlumat üçün qeyd edək ki, toplantıda hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş cənab İlham Əliyevin namizədliyi dəstəklənib və yekdilliklə aprelin 11-də ölkə başçısına səs verməklə bağlı qərar qəbul olunub. Ölkənin turizm ictimaiyyətinin Cənab İlham Əliyevi dəstəkləməsini ötən 15 il ərzində Azərbaycanda əksər sahələr kimi turizm sahəsində də ciddi uğurlar, nailiyyətlər əldə edilməsi ilə əlaqələndirən İctimai Birliyin sədri Ruslan Quliyev bildirib ki, Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar, görülən işlər ölkə turizminin də inkişafına müsbət təsir göstərib və bu illər ərzində Azərbaycan turizmi dinamik şəkildə inkişaf edib. Ruslan Quliyev bildirib ki, 2016-cı ildən etibarən Azərbaycanda turizm sahəsində inqilabi dəyişiklik baş verdi: “Əgər Azərbaycan turizmini mərhələlərə bölsək görərik ki, 2016-cı ilə qədər və ondan sonrakı dövrdə turizm sektorunda inkişaf yaşandı. “Turizm haqqında” qanunun Azərbaycan Parlamentində ictimai müzakirəyə çıxarılması sosial dialoqun bariz nümunəsidir. İxtisaslaşmış turizmlə bağlı Strateji Yol Xəritəsinin təsdiq olunması və turizmin inkişafı ilə bağlı silsilə fərmanların imzalanması göstərir ki, qısa müddət ərzində dövlətin turizm sektoruna dəstəyi sayəsində ölkəyə gələn turist sayı artıb. Danılmaz faktdır ki, Cənab Prezident İlham Əliyev tərəfindən qeyri-neft sektorunun ən prioritet istiqaməti olan turizmə böyük diqqət ayrılır. Orta və kiçik sahibkarlığın təşviq olunması, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi kimi layihələr Azərbaycanın dünya turizm camiəsinə tanıdılmasında xüsusi rol oynayır”.

Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin sədrinin sözlərinə görə, ölkəyə gələn xarici turistlərin sayının artması ondan xəbər verir ki, Azərbaycanda turizmin inkişafı labuddur: “2018-ildə isə biz yeni statistik rəqəmlərin şahidi olacağıq”.

Ruslan Quliyev qeyd edib ki, xarici turistləri ölkəyə cəlb edən basilica amillərdən biri də Azərbaycanda ictimai-siyasi sabitliyin mövcudluğudur. Və ölkədə ictimai-siyasi sabitliyin davamlı xarakter daşımasında mövcud hakimiyyətin, ən əsası Cənab Prezidentin xidmətləri müstəsnadır: “Məhz cənab Prezidentin yürütdüyü məqsədyönlü daxili və xarici siyasət sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik qorunur. Bu gün deyərdim ki, Azərbaycan stabil ölkə kimi “Sakit ada” statusuna malkdir. Bu da birmənalıdır ki, ictimai-siyasi sabitlik hökm sürmədiyi ölkələrə turistlər maraq göstərmir. Həmçinin sakitlik, təhlükəsizliyin təmin edilmədiyi dövlətlərə investisiya qoyulmur. Ancaq Azərbaycanda bu sahədə vəziyyət kifayət qədər ürəkaçandır. Hər kəsə məlumdur ki, son zamanlar müxtəlif ölkələrdən Azərbaycanın turizm, əyləncə və digər sektorlarına investisiyalar cəlb olunur. Bütün bunlar ondan xəbər verir ki, dünya ölkələri çox ciddi şəkildə Azərbaycanı turizm ölkəsi kimi qəbul edirlər. Bu da Azərbaycan turizminə böyük töhfədir. Bu illər ərzində müxtəlif sahələr üzrə elan olunan mədəniyyət paytaxtları ölkə turizminin inkişafına öz töhfəsini verib. Bu günə kimi Azərbaycanın regionlarında müxtəlif formatda festivallar keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin “Azərbaycan Travel” səhifəsində 2018-ci ildə Azərbaycanda Bakı və regionlarda keçiriləcək tədbirlərin siyahısı hazırlanıb. Bu səbəbdəndə biz turizmçilər həmin ərəfədə öz partnyorlarımızın regionlara səfər etməsi üçün əlimizdən gələni edirik. Onu da qeyd edim ki, son illərdə ölkəmizdə saölamlıq turizmi də nəzərə çarpacaq dərəcədə inkişaf edir. Belə ki, sağlamlıq turizmi ilə bağlı Naftalan, Qəbələ və digər bölgələrdə həyata keçirilən mego layiələr turizm sektoruna müsbət təsir göstərib.

Ruslan Quliyev onu da diqqətə çatdırıb ki, ölkəmizdə müntəzəm olaraq müxtəlif formatlarda keçirilən beynəlxalq tədbirlər, humanitar, mədəniyyətlərarası forumlar, idman yarışları, musiqi festivalları da Azərbaycanın turizm ölkəsi kimi tanıdılması və xarici turistlərin ölkəmizə marağının artması baxımından əhəmiyyətlidir. İctimai Birlik sədri onu da vurğulayıb ki, Azərbaycan müxtəlif marşrutlar üzrə uğurla iştirak edir. Bunlardan İpək yolu, Azərbaycanda Alman Məskənləri, Polyak İzləri və digər marşrutlar həmin ölkələrin turizm cameəsində maraq doğurur. Eyni zamanda həmin ölkələrin tematik turları ölkə turizminin inkişafına səbəb olur: “Son zamanlar turizmlə bağlı keçirilən müxtəlif formatlı sərgilər və tədbirlərdə Cənab Prezident İlham Əliyevin iştirak etməsi bizi sövq edir ki, ölkəyə daha çox turistlərin cəlb edilməsi istiqamətində daha ciddi addımlar ataq. Onu da xüsusi olaraq qeyd edə bilərəm ki, hər il Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə müxtəlif ölkələrdə keçirilən sərgilərdə özəl sektora daha çox dəstək nümayiş olunur”.

İctimai Birlik sədri onu da diqqətə çatdırıb ki, son illər turizm sektorunda olan bəzi bürokratik əngəllər də aradan qaldırılıb ki, bu da Cənab İlham Əliyevin sayəsində mümkün olub: ” Biz Prezidentimizə təşəkkür edirik ki, turizmin inkişafı ilə bağlı büroktarik amillərin aradan qaldırılmasında öz qətiyyətini ortaya qoyub. Eyni zamanda, ölkəmizə daha çox turist cəlb etmək üçün sadələşdirilmiş viza prosedurunun həyata keçirilməsi və hava limanında belə ASAN viza prosedurunun təkmilləşdirilməsi ölkə başçısının qətiyyətli addımıdır. Ümumiyyətlə, Cənab Prezident İlham Əliyevin turizm sahəsi ilə bağlı əsas məqsədi Azərbaycanda davamlı turizmi inkişaf etdirmək və əhalinin aztəminatlı hissəsinin bu sektora cəlb olunmasıdır. Doğrudanda, İlham Əliyev müasir Azərbaycan turizminin memarıdır. Məhz bu səbəbdən də biz ona səs verəcəyik. Ruslan Quliyev qeyd etdi ki, Azərbaycanın layiqli namizədi cənab İlham Əliyevdir”

Turizmin eyni zamanda vətənpərvərlik və diplomatiya işi olduğunu diqqətə çatdıran Ruslan Quliyev bir faktı da təəssüf hissi ilə qeyd edib ki, həm ölkə daxilində, həm də xaricində Azərbaycanı sevməyən qüvvələr də var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45