Bayılda sürüşmə təhlükəsi sovuşmayıb- nazirlik rəsmisi

Xəbərin çap versiyası
Tarix: 17-05-2018, 11:59    |    Xəbər oxunub: 559 dəfə
Bayılda sürüşmə təhlükəsi sovuşmayıb-


"Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində evləri dağılan və mənzilləri təhlükəli vəziyyətdə olan sakinlər əşyalarını ərazidən çıxarır. Küçə dar olduğu üçün əraziyə keçib mayakları quraşdıra bilməmişik".

Bunu AzVision.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Qurum rəsmisi bildirib ki, sabah ərazidə geoloji işlərə başlanılacaq: “Çatlar olan divarlarda mayaklar qoyulacaq. Orada torpaq qatını görmək olmur, hər yer betondur. Sürüşmənin səbəbi texnogen yüklənmə, yamacın pilləvarı, çoxsaylı gəsilməsidir. Tökmə torpağın üzərində hələ Sovet dövründən evlər tikilib və onların da alt hissəsi narın qumlar olduğu üçün zaman-zaman yuyulub və çökmə tipli sürüşmələr baş verib”.

Ə.Qaralov qeyd edib ki, həmin ərazi sürüşməyə meyillidir: “Yamac texnogen amillər nəticəsində yüklənib. Orada hər zaman risk var, sürüşmə gözlənilir. Hadisədən bir neçə gün öncə vətəndaşların müraciəti olmuşdu və gedib əraziyə baxmışdıq, arayışlarımız da var. Buna uyğun olaraq ərazinin risk xəritəsi hazırlanıb”.

ETSN rəsmisi vurğulayıb ki, risk ərazisinə daxil olan evlərdə insanların yaşaması məsləhət bilinmir.

Qeyd edək ki, 2018-ci il may ayının 15-də saat 20.00 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı prosseslərin təsiri ilə torpaq sürüşməsi baş verib, bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. 20 fərdi ev təhlükəli ərazidədir. Ümumilikdə isə Buxta küçəsindəki təhlükə yaranmış ərazidən 22 ailə (55 nəfər) köçürülüb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Rüfət Aslanlı səlahiyyətlərindən birini itirdi

Rüfət Aslanlı səlahiyyətlərindən birini itirdi

Erməni nazir:

Erməni nazir: İran qazı bizim cibimizə görə deyil

DİM 100-dən çox şagirdin imtahan nəticəsini dəyişdi

DİM 100-dən çox şagirdin imtahan nəticəsini dəyişdi

Rustavidə azərbaycanlı tələbənin meyiti tapılıb

Rustavidə azərbaycanlı tələbənin meyiti tapılıb

"Mənim ana dilim" olimpiada layihəsi başa çatıb

“Səhliyalı” barədə cavabsız suallar:

“Səhliyalı” barədə cavabsız suallar: Siçan nəcisi, xərçəng yaradan maddə və “HALALLIQ”

Elmira Axundovaya “Xalq yazıçısı” adı verildi

Elmira Axundovaya “Xalq yazıçısı” adı verildi

“SABAH” qrupunun tələbələri

“SABAH” qrupunun tələbələri "Qaçqınkom"da olublar

Binəqədidə yolların yenidən qurulması üçün

Binəqədidə yolların yenidən qurulması üçün 1,9 milyon manat AYRILDI

“Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir

“Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir

“Bakı Dairəvi-1” yolunda nəqliyyatın hərəkətində dəyişikliklər edilib

“Bakı Dairəvi-1” yolunda nəqliyyatın hərəkətində dəyişikliklər edilib

Yol Polisinin rəhbərliyi Milli Məclisə

Yol Polisinin rəhbərliyi Milli Məclisə ÇAĞIRILDI

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur