9 qat dünya çempionu İlham Əliyev və Ərdoğanın şərəfinə 100 qurban kəsdi- VİDEO

Xəbərin çap versiyası
Tarix: 16-09-2018, 15:44    |    Xəbər oxunub: 786 dəfə
9 qat dünya çempionu İlham Əliyev və Ərdoğanın şərəfinə 100 qurban kəsdi-


Xəbər verdiyimiz kimi, dünən "Azadlıq” meydanında Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib.



Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan paradda iştirak ediblər.

Fövqəladə Hallar Nazirliyinin mayoru, Azərbaycan bayrağını dəfələrlə dünyanın yüksək idman tribunalarından dalğalandıran 9 qat dünya çempionu, beynəlxalq və əməkdar idman ustası, Mau-Tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti Araz Musayev Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın şərəfinə maraqlı aksiya təşkil edib.

İki türk liderinin şərəfinə 100 qurban kəsərək, ehtiyacı olan ailələrə paylayan Araz Musayev "Təzəpir” məscidində dindarlarla birgə namaz da qılıb.

Bununla bağlı AZXEBER.COM-a danışan Araz Musayev bildirib ki, bu onun çoxdankı arzusu imiş:

"Şəhərin 15 yerində bu qurbanları kəsdik. Kəsilən qurbanların ətini ehtiyacı olan insanlara payladıq. Ardınca "Təzəpir” məscidində hər iki türk liderinin – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın şərəfinə dualar oxuduq”.

"İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birliyi bizim qarantımızdır” deyən A.Musayevin sözlərinə görə, bu addımı atmaq dövlətini, millətini, vətənini sevən hər kəsin borcudur:

"Biz hər iki türk lideri ilə fəxr edirik. Bir halda ki, onlar bizim rifahımız, millətimizin dünyada layiqli təmsilçiləridir, biz də onlara bacardığımız qədər xidmət etməliyik. Onların arzusunu gerçəkləşdirdik. Hər iki liderin ən böyük arzusu odur ki, ehtiyaclı insanlar qalmasın”.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Əflatun Amaşovdan Fuad Abbasovun saxlanılmasına münasibət

Əflatun Amaşovdan Fuad Abbasovun saxlanılmasına münasibət

XİN:

XİN: Ermənistan "Arsenal"ın erməni futbolçusundan öz təxribatçı məqsədləri üçün istifadə edir

Zelenski Ali Radanı buraxmaq səbəbini açıqladı

Zelenski Ali Radanı buraxmaq səbəbini açıqladı

Hesablama Palatasına yüksək səlahiyyət verilir

Hesablama Palatasına yüksək səlahiyyət verilir

Avropa İttifaqının nümayəndələri Mingəçevir şəhərində tvininq layihəsinin nəticələri ilə tanış olublar

Avropa İttifaqının nümayəndələri Mingəçevir şəhərində tvininq layihəsinin nəticələri ilə tanış olublar

Deputat:

Deputat: "Statistika Komitəsinin sədri bazara gedir ya yox?"

Ermənistan əsir və girovların dəyişdirilməsi təklifinə cavab verib

Ermənistan əsir və girovların dəyişdirilməsi təklifinə cavab verib

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində» mövzusunda «dəyirmi masa» keçirilib

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində» mövzusunda «dəyirmi masa» keçirilib

Meriya vətəndaşların

Meriya vətəndaşların "Tarqovı"ya girişinin qadağan edilmə xəbərinə reaksiya verdi

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib

Şəkidə Beynəlxalq Keramika Simpoziumunun açılış mərasimi baş tutub-

Şəkidə Beynəlxalq Keramika Simpoziumunun açılış mərasimi baş tutub- FOTOLAR

Sabunçu bazarında yanğın -

Sabunçu bazarında yanğın - FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur