Azərbaycanda dərslər yenidən təxirə salına bilər - RƏSMİ




"Təhsil müəssisələrində dərslərin dayandırılması ilə bağlı müddət uzadıla bilər”.



Bunu Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, martın 27-dək təhsil müəssisələrində tədris dayandırılıb:

"Həmin vaxta bir neçə gün qalmış ölkədəki vəziyyət qiymətləndirilə bilər. Daha sonra dərslərin dayandırılması ilə bağlı vaxtın uzadılıb-uzadılmaması barədə qərar verilə bilər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu