Ofisiant qadın barmeni bıçaqladı


Bakı Ağır Cinayətlər Məhkəməsində iş yoldaşını bıçaqlamaqda təqsirləndirilən Nərmin Məmmədovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.



AFN.az pravda.az-a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Məmmədovaya şərti cəza verilib.

İttihama görə, hadisə 19 iyul 2022-ci il tarixdə, saat 05:30 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü N.Məmmədova onunla birlikdə kirayədə yaşadığı, “Tbilisi Pub” restoranında birgə işlədiyi Rahib Quliyevlə (şərti) mübahisə edib. Bu zaman zərərçəkmiş şəxs gənc qadını döyərək onun sağlamlığına yüngül dərəcəli bədən xəsarətləri yetirib. Daha sonra Nərmin yaşadığı otaqdan götürdüyü mətbəx bıçağı ilə Rahibin kürək nahiyəsindən qəsdən bir dəfə vuraraq iş yoldaşına xəsarətlər yetirib.
N.Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R.Quliyev “Tbilisi Pub” restoranında barmen, N.Məmmədova isə ofisiant kimi çalışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu