Xaçmazda 43 yaşlı kişi dənizdə batıb


Xaçmaz rayonunda 43 yaşlı kişi dənizdə batıb.


Hadisə Nabran kəndində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü İsmayılov Emin Tofiq oğlunun meyiti rayon ərazisindəki çimərlikdən tapılıb.

E.İsmayılovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu