Tropik qasırğa Dominikan Respublikasına böyük zərər vurdu


Dominikan Respublikasında iki nəfərin ölümünə səbəb olan "Franklin" tropik qasırğasının vurduğu ziyan təxminən 89 milyon dollar təşkil edib.


Dominikan rəsmilərinin verdiyi məlumata görə, bu günə qədər ölkənin müxtəlif yerlərində "Franklin" qasırğasının vurduğu ziyan təxminən 5,100 milyon Dominikan pesosu (təxminən 89 milyon dollar) təşkil edir. Bildirilir ki, ən çox kənd təsərrüfatı, su təchizatı və yollar zərər çəkib.

Bundan əvvəl yerli “Hoy” qəzeti 678 evə ziyan dəydiyini, 3,4 minə yaxın sakinin təxliyə edildiyini bildirmişdi. Ən azı 27 min nəfər elektrik enerjisindən, 1,6 milyondan çox insan isə içməli sudan məhrum olub. İki nəfər həlak olub, bir nəfər isə itkin düşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu