Almaniyada sərnişin avtobusunun aşması nəticəsində 5 nəfər ölüb


Almaniyanın Leypsiq şəhərində sərnişin avtobusunun magistral yolda aşması nəticəsində 5 nəfər ölüb.



Saksoniya polisinin verdiyi açıqlamaya görə, avtobusun iştirakı ilə yol qəzası A9 şossesində Wiedmar və Schkeuditzer Kreuz kəsişmələri arasında baş verib.

Leypsiq polisinin sözçüsü Olaf Hoppe Ntv televiziya kanalına verdiyi açıqlamada qəzanın necə baş verdiyini müəyyən etmək üçün işlərin davam etdiyini bildirib.

Avtobusun yan yatdığını bildirən Hoppe, yaralıların helikopterlə xəstəxanalara aparıldığını qeyd edib.

Hoppe qəza ilə bağlı istintaqın axşam saatlarına qədər davam edəcəyini və A9 şossesinin uzun müddət hərəkətə bağlı ola biləcəyini ifadə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu